• Bakı 12° C

    0.67 m/s

İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO

CƏMİYYƏT

17 Fevral 2025 | 09:51

İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO

İctimai nəqliyyatda onlayn ödənişlərdə yaranan problemlərlər özü ilə bəzi məsələləri gündəmə gətirir.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaşlar deyirlər ki, ictimai nəqliyyatda təmassız ödənişi dəstəkləyən NFC kartlar üçün də şərait yaradılmalıdır ki, belə problemlər olmasın.

Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda qurum tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin, o cümlədən NFC vasitəsilə ödənişlərin həyata keçirilməsi imkanının yaradılması da nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026