• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"İjevskdəki məktəbə hücum terror aktıdır" - Kreml

DÜNYA

26 Sentyabr 2022 | 14:49

"İjevskdəki məktəbə hücum terror aktıdır" - Kreml

Kreml İjevskdəki məktəbə silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

O, dövlət başçısı V.Putinin hadisədən kədərləndiyini söyləyib: “Baş verənlər qeyri-insani hadisə, terrordur”.

D.Peskov vurğulayıb ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları olan təyyarə İjevska göndərilib.

Xatırladaq ki, sentyabrın 26-da Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Hadisə nəticəsində 7-si uşaq olmaqla 13 nəfər ölüb. Regionda matəm elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR