• Bakı 23° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ

SİYASƏT

12 Fevral 2025 | 20:55 | Müəllif: Subhan Mahmudov

İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ

Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.

Bakıvaxtı.az xəbər verir ki, geniş oxucu auditoriyasına malik olan imedinews.ge, primetime.ge portalları Azərbaycan Prezidentinin ABŞ-la münasibətlərinə dair fikirlərini yayıblar.

Prezident İlham Əliyevin fikirlərindən gətirilən sitatlarda deyilir: “Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.


İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026