• Bakı 12° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Elza Seyidcahan: “İnsanları musiqi ilə soyundurmaq lazımdır”

MƏDƏNİYYƏT-ŞOU

26 Aprel 2024 | 12:47

Elza Seyidcahan: “İnsanları musiqi ilə soyundurmaq lazımdır”

“Tamaşaçılarımıza hər bir zaman sənət daha maraqlı olub”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Tarixin bir günü” verilişində deyib.

O, açıqlaması ilə diqqətləri üzərinə cəmləməyi bacarıb:

“İnsanın soyunması vacib deyil. Əsas odur ki, insan ifaları ilə soyundursun. Bir musiqini ifa edirsən, dinləyici musiqinin daxilinə girir və bundan sonra özünü geyindirə də bilər, soyundura bilər. Əgər bacarırsansa, öz ifanla insanları soyundur. Soyunmaq fəlsəfi anlayışdır. İnsan pisliklərindən, dərrakəsindən, sevgisindən soyuna bilər. Bir şey nə qədər gizli qalarsa, o qədər maraqlı olur. Şəriətdə yazılıb ki, “qadınlar əzalarını  gizlətməlidirlər”. Amma indiki zamanda nəinki gizlədirlər, üstünü doldurub, silkonları camaatın gözünə soxurlar. Axı silkon adamın ürəyini bulandırır, qaytarmaq istəyirsən”.

Ziyafət Əlisoy

  


SON XƏBƏRLƏR

06 May 2024