• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Kann Film Festivalının qalibləri bəlli oldu

MƏDƏNİYYƏT-ŞOU

26 May 2024 | 12:41

Kann Film Festivalının qalibləri bəlli oldu

77-ci Kann Film Festivalının münsiflər heyəti 2024-cü ilin qaliblərinin adlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, baş mükafata rejissor Şon Beykerin “Anora” filmi layiq görülüb.

Ən yaxşı kişi roluna Jesse Plemons ("Xeyirxahlıq" filmi), ən yaxşı qadın roluna rejissor Jak Odiardın “Emiliya Perez” musiqili-kriminal dramının bütün heyəti– Selena Qomez, Zoe Saldana, Adriana Paz və Karla Qaskon layiq görülüb.

Migel Qomes “Böyük Səyahət” filminə görə ən yaxşı rejissor seçilib, ən yaxşı ssenari mükafatı isə Korali Farqın “Maddə” filminə verildi.

Festivalın Qran-Pri mükafatını hind rejissoru Payal Kapadianın çəkdiyi “Hər şeyi işıq kimi təsəvvür edirik” filmi qazanıb.


SON XƏBƏRLƏR

16 Iyun 2024