• Bakı 27° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

"Başqa millətlərlə evlənmək lazımdır" - Vüqar Bariton 

MƏDƏNİYYƏT-ŞOU

25 May 2024 | 11:55

Başqa millətlərlə evlənmək lazımdır - Vüqar Bariton 

"Qızlarımız və oğlanlarımız boydan çox balacadırlar. Cırlaşma gedir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Bariton (Muradov - red.) sosial media hesabındakı paylaşımında deyib.

İfaçı qohum evliliklərini sərt şəkildə tənqid edib: 

"Azərbaycanda qohum evlilikləri çox olur. Əmioğlu əmiqızı ilə evlənir, bibiqızı bibioğlu ilə, xalaqızı xalaoğlu ilə... Qohum evliliyində çox  böyük fəsadların yaranır. Baxırsan qızların burnu yekə, oğlanların burnu yekə. Boyları da çox balaca. 1.50, 1.55... Bu artıq cırtdanlaşma deməkdir. Geni dəyişmək lazımdır, digər millətlərin nümayəndələri ilə evlənmək lazımdır. Nə vaxta kimi Lətafətlə Əflatun evlənəcək?"

Qeyd edək ki, Vüqar Bariton hələ də subaydır. 

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR