• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

İnstaqramda yenilik: "Yeniyetmə hesabları" təqdim ediləcək

DÜNYA

17 Sentyabr 2024 | 17:09

İnstaqramda yenilik: Yeniyetmə hesabları təqdim ediləcək

"Yeniyetmə hesabları" 16 yaşdan kiçik yeni istifadəçilərə şamil olunacaq.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bununla bağlı "Meta" şirkəti açıqlama yayıb.

Bildirilib ki, eniyetmə hesabının parametrlərindəki dəyişikliklərə valideynlərə proqramdan istifadə üçün gündəlik vaxt məhdudiyyətləri təyin etmək, yeniyetmələrin müəyyən vaxtlarda İnstaqramdan istifadəsini əngəlləmək, övladlarının mesajlaşdığı hesablara baxmaq və baxdıqları məzmun kateqoriyalarına nəzarət etmək imkanı vermək daxildir.

İnstaqramda qeydiyyatdan keçən yeniyetmələr artıq defolt olaraq ən ciddi məxfilik parametrlərinə yerləşdiriliblər. Bu parametrlərə böyüklərin yeniyetmələrə mesaj göndərməsinə qadağa qoyulması və gecələr bildirişlərin susdurulması daxildir. 

16 yaşdan kiçik istifadəçilər bu parametrləri dəyişdirmək üçün valideyn icazəsinə ehtiyac duyacaqlar. Yeni funksiyalara defolt olaraq daxil olan 16-18 yaşlılar isə onları müstəqil şəkildə dəyişə biləcəklər. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024