• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Albaniya parlamentində gərginlik davam edir

DÜNYA

17 Oktyabr 2024 | 16:15 | Müəllif: Əli Hüseynov

Albaniya parlamentində gərginlik davam edir

Oktyabrın əvvəlində Albaniya parlamentində yaşanan gərginlikdən sonra Baş Assambleyadan kənarlaşdırılan müxalifətçi deputatlarla parlamentin təhlükəsizlik bölməsinin əməkdaşları arasında yenidən dava düşüb.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin müxalifət partiyası olan Albaniya Demokratik Partiyasının (PD) millət vəkillərinin PD-nin deputatı Ervin Salianjinin həbs cəzasına reaksiyası ilə başlayan gərginlik bu gün yenidən parlamentdə əksini tapıb.

Baş Assambleya zalının əsas giriş qapısının qarşısına parlament fəaliyyəti dayandırılan deputatların zorla daxil olmasının qarşısını almaq üçün metal barrikada qurulub. Buna rəğmən müxalifətçi deputatlar dəfələrlə salonun içərisinə girməyə cəhd ediblər.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026