• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Netanyahu: "İsrail ordusu Hizbullahın əlində rus silahları tapıb"

DÜNYA

17 Oktyabr 2024 | 16:02

Netanyahu: İsrail ordusu Hizbullahın əlində rus silahları tapıb

"İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Livan Hizbullah hərəkatının hərbi bazalarında axtarışlar zamanı müasir rus silahları aşkar ediblər". 

Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Siyasətçi açıqlamasında BMT-nin 2006-cı ildə qəbul etdiyi qətnaməyə toxunub:

"Həmin qətnaməyə əsasən, İsrail və Livan sərhədi yaxınlığından axan Letani çayının cənubundakı ərazidə yalnız Livan ordusunun silah saxlamasına icazə verilir. Lakin Hizbullah bu ərazidə yüzlərlə tunel və sığınacaq qazıb, biz həmin ərazidə bir neçə müasir rus silahı tapmışıq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

17 Oktyabr 2024