• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Bu ölkə Ukraynaya "F-16"lardan Rusiya ərazisinə zərbə endirməyə icazə VERDİ

DÜNYA

17 Oktyabr 2024 | 15:34

Bu ölkə Ukraynaya F-16lardan Rusiya ərazisinə zərbə endirməyə icazə VERDİ

Niderland Ukraynaya tədarük edilən “F-16” qırıcılarından Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməyə icazə verib.

Bakıvaxtı.az-ın “ukrinform“a istinadən xəbərinə görə, bu açıqlamanı Niderlandın müdafiə naziri Ruben Brekelmans verib.

    O bildirib ki, bu qərar beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla verilib:

    “Biz hər zaman Ukraynanın beynəlxalq hüquqa riayət etməli olduğunu demişik. Beynəlxalq hüquq prinsiplərində zəruri hallarda aviazərbələrin endirilməsi məsələsində məsafə faktoru nəzərə alınmayıb. Biz Ukraynaya “F-16” qırıcılarından özünümüdafiə məqsədilə istifadə etməyə, eləcə də Rusiya ərazisindəki aerodromlara zərbələr endirməyə icazə veririk”.APA


    SON XƏBƏRLƏR

    17 Oktyabr 2024