• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Gürcüstanı NƏLƏR GÖZLƏYİR? Seçkilərə Qərbin müdaxiləsi mümkündürmü?

SİYASƏT

17 Oktyabr 2024 | 14:36

Gürcüstanı NƏLƏR GÖZLƏYİR? Seçkilərə Qərbin müdaxiləsi mümkündürmü?

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, parlament seçkilərini müşahidə etmək üçün 64 beynəlxalq təşkilatı qeydiyyata alıb. Bu, 2008-ci ildən bəri keçirilən bütün parlament seçkilərinin göstəricilərini üstələyib. Beynəlxalq müşahidə təşkilatlarının qeydiyyatı oktyabrın 22-dək davam edəcək. Müraciətlər və yoxlamalar başa çatdıqdan sonra MSK hər bir təşkilatdan olan müşahidəçilərin sayını öz səhifəsində dərc edəcək.

26 oktyabr seçkiləri yaxınlaşdıqca Gürcüstana ABŞ başda olmaqla Qərbin təzyiqləri artır. Eyni zamanda, ölkə iqtidarına qarşı sanksiyalar çoxalır.

Ümumiyyətlə, seçkilərə Qərbin müdaxiləsi mümkündürmü?

Mövzu ilə bağlı politoloq Aqşin Kərimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Gürcüstan siyasi tarixinin ən təsirli seçkilərinə hazırlaşır və bu seçki ətrafında kifayət qədər geosiyasi səs-küy yaranıb.

Politoloqun sözlərinə görə, seçkilər Gürcüstan və onun Rusiya ilə Qərb arasındakı seçim etmək kursu baxımından kritik bir mərhələdir. Buna görə də Gürcüstan Rusiya ilə Qərbin seçkiləri öz xeyirlərinə təsir göstərmək cəhdləri ilə üzləşir:

"Prosesə Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi kampaniyanın nəticələri də təsirlərini göstərir. Ukrayna cəbhəsində proseslər NATO-nun xeyrinə dəyişən tempdə deyil və Rusiya hər gün yeni ərazi nailiyyətləri qazanır. Ehtimal vermək olar ki, Qərb Ukraynadakı proseslərlə Gürcüstan arasında sinxronluq qurmağa diqqəti yönəldir, bunu Volodimir Zelenskinin Ukrayna parlamentinə təqdim etdiyi "Qələbə Planı"nı ilə əlaqədar bəzi məsələlər də izah edir. Zelenski qeyd edib ki, Ukraynanın Qərb müttəfiqləri ilə paylaşdığı planın bir neçə gizli tərəfi var. O, Ukraynanın taleyinin Baltikyanı, Balkanlar, Qafqaz və Mərkəzi Asiyadakı qonşularının taleyi ilə bağlı olduğunu bildirib. Yəqin ki, Zelenski Gürcüstandakı seçkilərdə də Qərbin ümumi taktikaları və səylərinə Ukraynanın da dəstəyinə toxunur. Onun çıxışında Qafqazın adını çəkməsi Qərbin regionla əlaqədar ümumi kursuna xeyir gətirmək məqsədinə xidmət edir".

A.Kərimovun fikrincə, Gürcüstandakı seçkilər geniş bucaqda Rusiyanın və Qərbin rəsmi Tbilisiyə davamlı və artan müdaxilələrinin şiddətini gücləndirən faktor kimi çıxış edir. Qərb Gürcüstanın Rusiya ilə təhlükəsizlik məsələlərində əməkdaşlıq arzularına zərbə vurmağı və onu potensial olaraq ağır nəticələrlə üzləşdirməyi planına daxil edib.

Aqşin Kərimov: Gürcüstan Rusiya ilə Qərbin seçkiləri öz xeyirlərinə təsir göstərmək cəhdləri ilə üzləşir

Müsahibimizə görə, həmçinin başqa bir amilə xüsusi diqqət ayırmaq lazımdır. Gürcüstanda siyasi proseslərin səhnə arxasındakı dirijoru milyarder Bidzina İvanişvilinin mövqelərinə seçkinin nəticələrinin təsir göstərəcəyi ehtimalı azdır:

“Yəni, ölkədə Qərbyönümlü kurs götürən qüvvələr parlament seçkilərini qazansa belə, İvanişvili boz kardinal olaraq qalmağa davam edəcək. Buna görə də Gürcüstandakı seçkilərdən sonra siyasi təlatümlər olsa belə, İvanişvili ölkədə qaldıqca, Tbilisinin Rusiyayönümlü qüvvələrə öz fikirlərini təbliğ etmək üçün daha geniş hekayələrə yer ayrılacaq".

Politoloq hesab edir ki, Gürcüstanın Qərb yolunu tutacağı təqdirdə, o, ərazi münaqişələrinin doğurduğu ərazi bütövlüyü və suverenliyi məsələlərinin həllində yeni ağrılarla üzləşə bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR

17 Oktyabr 2024