• Bakı 12° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.7922

    RUB - 0.0172

Ceyhun Bayramov CARICOM-un baş katibi ilə danışıqlar aparıb

SİYASƏT

15 Noyabr 2024 | 14:05

Ceyhun Bayramov CARICOM-un baş katibi ilə danışıqlar aparıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə müzakirələr aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə görüş keçirib. Görüş zamanı CARICOM-la gələcək əməkdaşlıq perspektivləri, həmçinin COP29-a sədrlik prioritetləri və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim səylərini dəstəkləməyə dair Azərbaycanın təşəbbüsləri müzakirə olunub. Dialoqun daha da aktivləşdirilməsi üçün bu cür qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb", - paylaşımda qeyd edilib.


SON XƏBƏRLƏR

15 Noyabr 2024