• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Xırdalan sakini 9-cu mərtəbədən 2-ci mərtəbənin eyvanına yıxıldı - VİDEO

HADİSƏ

17 Oktyabr 2024 | 18:32

Xırdalan sakini 9-cu mərtəbədən 2-ci mərtəbənin eyvanına yıxıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli yaşayış binasında yuxarı mərtəbədən binanın 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı mənzilin qapısının bağlı olması səbəbindən xərəklə eyvandan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

 


SON XƏBƏRLƏR

17 Oktyabr 2024