• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ 

CƏMİYYƏT

17 Oktyabr 2024 | 16:34

Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ 

Azərbaycanın rayonlarında oktyabrın 17-dən 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var


    SON XƏBƏRLƏR

    17 Oktyabr 2024