• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

CƏMİYYƏT

17 Oktyabr 2024 | 16:55

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Bakıvaxtı.az-a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi oktyabrın 19-na səhərə qədər davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 2-3 metrə, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024