• Bakı 18° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Bu quruma yeni Aparat rəhbəri təyin edildi - FOTO

CƏMİYYƏT

20 May 2025 | 13:24

Bu quruma yeni Aparat rəhbəri təyin edildi - FOTO

Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri təyin edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək kii, 1978-ci ildə Bakı şəhərində anadan olan Fuad Xəlilov Azərbaycan Dövlət Neft Akademiyasını “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə bank sektorunda başlayaraq “Nikoil Bank”, “Bank Standard” və “Standard Insurance ASC” kimi maliyyə qurumlarında məsul və rəhbər vəzifələrdə çalışıb.

2017–2025-ci illər ərzində telekommunikasiya sahəsində fəaliyyətini davam etdirən Fuad Xəlilov “Bakcell” və “Azerconnect Group”da B2B satış və məhsul idarəetməsi sahələrinə rəhbərlik edib. 2020-ci ildə Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri vəzifəsində fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.

Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinin icrasına başlayıb.


SON XƏBƏRLƏR