• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Hicab taxmayan qadınların başına qatıq tökdü

DÜNYA

03 Aprel 2023 | 15:51

Hicab taxmayan qadınların başına qatıq tökdü

İranda Məhsa Əmininin hicabsız olduğu üçün saxlanılması və həbsdə dünyasını dəyişməsindən sonra qadınların çadraya etirazları davam edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hicabsız iki qadın bir kişi tərəfindən hücuma məruz qalıb. Hücumu törədən şəxs həbs edilib.

Hadisə Məşhəddə ərzaq mağazasında baş verib.  Belə ki, mağazaya girən kişi orda iki qadının baş örtüksüz olduqlarını görüb piştaxtadan qatıq bankasını götürərərk onların başına töküb.

İran rejimi hücumçu barədə "alçaldıcı hərəkət və asayişi pozmaq" ittihamı ilə həbsə qərar verib.

Qadınlar isə hicab qaydalarına əməl etmədikləri üçün saxlanılıblar.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026