• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kim daha çox itki verib? Ukraynada kədərli polemika

DÜNYA

03 May 2023 | 13:53

Kim daha çox itki verib? Ukraynada kədərli polemika

Rusiyanın 24 fevral 2022-ci ildə başladığı Ukrayna müharibəsində Moskva ilə Vaşinqton arasında “Hansı tərəf daha çox əsgər itirdi” mübahisəsi gedir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi 2023-cü ilin ilk 5 ayında Rusiyanın Donbasdakı Bəhmut cəbhəsində başda olmaqla 20 min əsgərini itirdiyini, 80 min əsgərin isə bir daha döyüşə bilməmə dərəcəsində yaralandığını iddia edib.

Kirbinin sözlərinə görə, son beş ayda ölən rus əsgərlərinin yarısı “Vaqner” muzdlu ordusunun üzvləridir.

Bir neçə saat sonra Rusiya tərəfindən deyilənlərə cavab verilib. Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada komandirlərin iclasında bildirib ki, Qərb ölkələrinin görünməmiş hərbi yardımına baxmayaraq, hər gün Ukrayna ordusu ciddi itkilər verir. Onnu sözlərinə görə. təkcə aprel ayında Ukrayna 15 mindən çox əsgərini itirib. O bu rəqəmin daha da artacağını vurğulayıb.

Bu arada Ukrayna da Rusiyanın itkilərini açıqlayıb. Məlumata görə, müharibənin 433-cü günündə 191 420 rus əsgəri ölüb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026