Birləşmiş Ştatların keçmiş prezidenti Donald Tramp Ağ Evdə ABŞ-ın İrana mümkün hücumu ilə bağlı planları qəbul etməkdə ittiham olunur.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, iddialara görə, Trampın sənədlər haqqında səs yazıları ortaya çıxıb.
Qeyd edək ki, ötən ilin avqustunda Trampın Mar-a-Laqodakı malikanəsinə basqın edilmiş, malikanədə gizli dövlət sənədlərinin olması iddiası araşdırılmışdı.
Səs yazısı keçmiş prezidentin 2021-ci ildə keçirdiyi müşavirədə ovaxtkı Baş Qərargah rəisi Mark Meadozun avtobioqrafiyası üçün qeydə alınıb.
Trampın müşaviri Cim Trusti səs yazısı ilə bağlı iddialara reaksiya verib:
"Hökumət birliyindən, bir işdən danışmayacağam, amma bunu başa düşmək lazımdır. Bu kampaniya Mar-a-Laqodakı reyddən dərhal sonra edilib. Ali Məhkəmə bunu edib, ölkədə belə bir şey yoxdur. 3 gün sonra tarixdə ilk dəfə bir prokuror ayağa qalxdı və "Nisbətən şəffaf olacağam, bəzi nöqtələri birləşdirmək istəyirəm" dedi. Demək istəyirəm ki, bu, sübut olunmamışı sübut etmək üçün bir kampaniyadır".
Ay Tac
















