• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Fransada 250 bank şöbəsi, 200 mağaza talan edildi

DÜNYA

01 Iyul 2023 | 22:41 | Müəllif: Subhan Mahmudov

Fransada 250 bank şöbəsi, 200 mağaza talan edildi

Fransada dörd gün davam edən iğtişaşlar zamanı 250-yə yaxın tütün mağazası, 250 bank şöbəsi və 200 ərzaq mağazası talan edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransanın iqtisadiyyat naziri Bruno Le Maire deyib.

O bildirib ki, zorakılıqdan əziyyət çəkən satıcılara sığorta şirkətləri ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxt veriləcək və yay satışları bir həftə uzadılacaq.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında polis əməkdaşları Nanterdə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Bunun ardınca Fransanın bir sıra şəhərində iğtişaşlar başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026