• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran İsveçə yeni səfir göndərməyəcək

DÜNYA

02 Iyul 2023 | 10:13 | Müəllif: Subhan Mahmudov

İran İsveçə yeni səfir göndərməyəcək

İsveçdə “Qurani-Kərim”in təhqir olunmasına görə İran bu ölkəyə yeni səfir göndərməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə IRNA Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikasının İsveçə yeni səfirinin göndərilməsi üçün inzibati prosedurları tamamlamasına baxmayaraq, “Qurani-Kərim”in təhqir olunmasına görə Xarici İşlər Nazirliyi hələlik yeni səfiri göndərməyəcək.

Qeyd edək ki, İran İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib, İsveç səfiri XİN-ə çağırılıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026