• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanlılara qarşı vuruşan erməni yazıçı öldü

DÜNYA

31 Iyul 2023 | 22:51 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlılara qarşı vuruşan erməni yazıçı öldü

Erməni şair-yazıçı, rejissor və aktyor Samvel Beqlaryan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, erməni mediası onun uzun sürən xəstəlikdən sonra öldüyünü yazıb.

Beqlaryan 1950-ci ildə İrkutskda anadan olub. Azərbaycanlıların Ermənistandan ikinci deportasiyası zamanı – 1953-cü ildə ailəsi Ermənistana köçüb.

Birinci Qarabağ müharibəsi zamanı Beqlaryan azərbaycanlılara qarşı əlində silah vuruşub, komandir olub.

Daha sonra Dövlət Televiziya və Radio Komitəsində redaktor işləyib, Ermənistan Dövlət Etnoqrafiya Muzeyində baş elmi işçi olub. Ermənistan Yazıçılar Birliyinin Tavuş şöbəsinin katibi idi.

O, 2010-cu ildən sonra mövqeyini dəyişib, daha müharibə istəmədiyini, azərbaycanlıları düşmən kimi görməkdən yorulduğunu bildirirdi. 2014-cü ildə verdiyi açıqlamada isə Azərbaycanın Qarabağda ermənilərə yaşamaq izni verməsini qəbul etməli olduqlarını demişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026