• Bakı 7° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kuleba Makronla müzakirə apardı

DÜNYA

30 Avqust 2023 | 18:17 | Müəllif: Subhan Mahmudov

Kuleba Makronla müzakirə apardı

Parisdə səfərdə olan Ukrayna xarici işlər naziri Dmitri Kuleba Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri "Twitter" hesabında bildirib.

Görüşdə Ukraynaya əlavə hərbi dəstək, Sülh Formula koalisiyasının genişləndirilməsi, Afrika qitəsindəki və digər ölkələrə Ukrayna taxılının ixracı müzakirə olunub.

"Fransanın Ukraynaya davamlı dəstəyini bir daha təsdiqlədiyi üçün Prezident Makrona təşəkkür etdim", - o deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026