• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Nyu York çökür

DÜNYA

29 Sentyabr 2023 | 16:42

Nyu York çökür

Göydələnlərin hakim olduğu “Böyük alma” kimi tanınan Nyu York hər il çökür.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, yeni bir araşdırmanın nəticəsində əksini tapıb.

Məlumata görə, NASA Jet Propulsion və Rutgers Universitetinin alimləri InSAR (İnterferometrik Sintez Aperture Radar) texnikası ilə Nyu-York bölgəsindəki səth hərəkətlərini araşdırıblar.

Araşdırmalar nəticəsində Nyu York şəhərinin hər il 1,6 millimetr çökdüyü qeydə alınıb. Lakin məlum olub ki, şəhərin bəzi hissələri daha sürətlə çökür.

2016-2023-cü illər arasında şəhərin mərkəzində ABŞ Açıq Tennis Turnirinin keçirildiyi bölgədə Artur Ashe Stadionu və LaGuardia Hava Limanı uçuş-enmə zolaqları ən çox çökən hissələr olub. Qeyd olunub ki, Artur Aşe stadionu hər il 3,7 millimetr, LaQuardiadakı relslər isə 4,6 millimetr çökür.

Bildirilib ki, bu yerlərdə çökmə binaların tikildiyi ərazilərin torpaqla doldurulması ilə bağlı ola bilər. Belə qənaətə gəlinib ki, Qubernatorlar adasının cənub hissəsi, Staten-Aylenddəki Midlend, South Beach və Arverne bölgəsi də daha sürətlə çökür.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR