• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-də daha bir dəhşətli cinayət - ölənlər və yaralananlar var

DÜNYA

29 Oktyabr 2023 | 16:31 | Müəllif: Subhan Mahmudov

ABŞ-də daha bir dəhşətli cinayət - ölənlər və yaralananlar var

ABŞ-nin Florida ştatının Tampa şəhərinin küçəsində Hellouin şənliyi zamanı iki qruplaşma arasında dava silahlı qarşıdurmaya çevrilərək 2 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, insident xeyli sayda bar və gecə klublarının yerləşdiyi küçədə baş verib. Polis açıqlayıb ki, hadisədə azı iki atıcı iştirak edib ki, onlardan biri artıq təslim olub.

Polis hadisənin səbəblərini araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR