“ABŞ tarixinin ən zəif ordusuna sahibdir”.
Bakıvaxtı.az “Newsweek”ə istinadən xəbər verir ki, bunu ölkənin Alabama ştatının respublikaçı senatoru Tommi Tubervilla deyib.
O, buna səbəb kimi Prezident Cozef Bayden administrasiyasının uğursuz siyasətini göstərib.
Senatorun sözlərinə görə, ABŞ-nin Müdafiə Nazirliyi (Pentaqon) da bu məsələdə məsuliyyət daşıyır: “Bu bəladır. Ölkəmiz böyük bəla içindədir”.
T.Tubervilla həmçinin Ukrayna və İsrailə hərbi yardımı tənqid edib: “Biz pulu sağa-sola xərcləyirik”.