• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Məşhur Yutuber evində ölü tapıldı

DÜNYA

28 Dekabr 2023 | 14:34 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur Yutuber evində ölü tapıldı

YouTube-da PC Siqueira kimi tanınan Youtuber Paulo Sezar Qolart Siqueira vəfat edib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, Youtuber San-Pauludakı evində ölü tapılıb.

Polisin verdiyi açıqlamaya görə, dünən axşam saatlarında xəbər əsasında hadisə yerinə gələn polis məşhur Youtuber-i evində ölü tapıb.

PC Siqueiranın ölüm səbəbi hələ məlum deyil. Lakin onun həyatına son qoyduğu ehtimal edilir.

Xəbəri verən şəxsin məşhur Youtuber-in keçmiş sevgilisi olduğu öyrənilib.

Bu ilin mart ayında PC Siqueira öz evində huşsuz vəziyyətdə tapılıb və yanğınsöndürənlər tərəfindən xilas edilib. Həmin hadisədən sonra Sezar pərəstişkarlarına açıqlama verərək, özünü öldürməyə çalışdığını bildirib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026