• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şəhərdə 150-dən saxta bomba qoyduğunu iddia edən şəxs…

DÜNYA

29 Sentyabr 2023 | 15:27

Şəhərdə 150-dən saxta bomba qoyduğunu iddia edən şəxs…

ABŞ rəsmiləri perulu Nunez Santosun gənc qızların ona cinsi məzmunlu şəkillər göndərməkdən imtina etməsi səbəbindən Birləşmiş Ştatlarda ictimai yerlərə 150-dən çox saxta bomba qoyduğunu iddia etdiyini açıqlayıb.

Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, ABŞ prokuroru Damian Williams hadisə ilə bağlı verdiyi açıqlamada belə deyib: "Şübhəlinin davamlı etdiyi saxta bomba təhdidləri kampaniyası federal və əyalət orqanlarının dərhal hərəkətə keçməsinə səbəb oldu. Bu şəxs kritik hüquq-mühafizə və ictimai təhlükəsizlik resurslarını məşğul edb, ölkə daxilində yüzlərlə icmanı qorxuya salıb".

FTB direktor müavini James Smith verdiyi açıqlamada Santosun yəhudilərin ibadət evi olan məktəblərə, xəstəxanalara, hava limanlarına, ticarət mərkəzlərinə və sinaqoqlara elektron poçt vasitəsilə bomba təhdidləri göndərdiyini, uşaqlar da daxil bir çox insanın zərər çəkdiyini bildirib.

Smith "FTB cəmiyyətimizdə qorxu yaratmaq istəyənlərə güzəşt etməyəcək. Biz bu cür hadisələri törədənləri, harada olduqlarından asılı olmayaraq, dəmir barmaqlıqlar arxasına çəkmək üçün nə lazımdırsa edəcəyik", - deyə əlavə edib.

Saxta bomba təhdidlərindən bir nümunədə aşağıdakılar yazılıb: “Yəhudi Mərkəzinin içərisinə çoxlu bomba qoymuşam. Binaya qoyduğum bombalar bir neçə saatdan sonra partlayacaq. Bir çox insan qan gölündə yatacaq".

FTB apardığı araşdırma nəticəsində müəyyən edib ki, Santos müəyyən telefon nömrələrinə təhdidlər göndərib və bu nömrələrdən azyaşlılarla nalayiq söhbətlər edib. İttihamlara əsasən, Nunes Santos Perunun paytaxtı Lima şəhərində Peru hakimiyyəti tərəfindən saxlanılıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026