Cümhuriyyət Xalq Partiyasının (CHP) Kayseri vilayət təşkilatının sədri Adil Dəmir istefa verib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
O, mayın 28-də keçirilən prezident seçkilərindən sonra tutduğu vəzifədən istefa verib.
Qeyd edək ki, A.Dəmir təşkilata bu ilin yanvarından sədrlik edib. Ondan əvvəlki sədr Ümit Özer deputatlığa namizədliyini irəli sürdüyündən, sədrlikdən istefa verib.
Onu da bildirək ki, CHP Kayseri vilayət təşkilatı mayın 14-də keçirilən seçkilərdə 17,2 faiz səs toplayaraq, parlamentdə 2 millət vəkili yeri qazanıb.
Murad Məmmədli

















