• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu sosial şəbəkənin adı dəyişdirilir

DÜNYA

02 Iyun 2023 | 13:40

Bu sosial şəbəkənin adı dəyişdirilir

Amerikalı sahibkar və milyarder İlon Mask “Twitter” sosial şəbəkəsini rebrendinq etmək planlarını təsdiqləyib. O, bu barədə paylaşımında xəbər verib.

Bakıvaxtı.az xəbər verir ki, “T(w)itter Daily News” adlı istifadəçi ona sosial şəbəkənin hazırkı adının və mavi ulduz nişanının “X” hərfi ilə əvəz oluna biləcəyi iddiaları barədə sual verib. Mask da cavab olaraq bunun doğru olduğunu söyləyib.

Xatırladaq ki, aprel ayında “Twitter Inc.”in artıq mövcud olmadığı xəbəri yayılıb. Çünki şirkət Maskın 2023-cü ilin martında Nevada ştatında qeydiyyatdan keçirdiyi “X Corp.” ilə birləşib.

Ötən gün Mask təsviri brendlərə inandığını və “X”in hər məna daşıya biləcəyini deyib. İş adamı vurğulayıb ki, onun sosial platformaya baxışı sosial şəbəkənin ilkin ideyasından çox kənara çıxır.

Onu da qeyd edək ki, “Space X” şirkətlərinin rəhbəri 2020-ci ildə dünyaya gələn övladına “X Æ A-12” adını verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026