• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Moskvaya PUA hücumuna Kiyevdən REAKSİYA

DÜNYA

02 Iyun 2023 | 13:53

Moskvaya PUA hücumuna Kiyevdən REAKSİYA

"Moskvaya pilotsuz uçuş aparatlarının (PUA) hücumunda Ukraynanın heç bir əlaqəsi yoxdur".

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.

O, bu hücumun Rusiyanın özü tərəfindən təşkil edilməsinin mümkünlüyünü ifadə edib: “Bəlkə də, onlar bu yolla hansısa əməliyyatlara hazırlaşırlar”.

O.Danilov Moskvanın Rusiyanın ən çox mühafizə olunan ərazisi olduğunu xatırladıb: “Hətta Prezident Vladimir Putin də orada olur. O zaman müdafiə sistemləri haradadır?”.

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA-larla hücum olub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026