• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Fransada merin evinə hücum edilib, həyat yoldaşı və övladı yaralanıb

DÜNYA

02 Iyul 2023 | 13:49 | Müəllif: Subhan Mahmudov

Fransada merin evinə hücum edilib, həyat yoldaşı və övladı yaralanıb

Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edildiyini, həyat yoldaşı və uşağının yaralandığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə meriyanın rəhbəri “Twitter” səhifəsində yazılıb.

Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar:

“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.

Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026