Qlobal istiləşmənin təsirləri artır.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, iqlim dəyişikliyinin yaratdığı həddindən artıq isti dalğaları Sibirdə donmuş torpaqlara öz təsirini göstərib. Belə ki, Sibir bölgəsində 46 min ildir yatmış qurdlar buzu ərimiş torpağın altından çıxarılıb.
Məlumata görə, uzunluğu 1 millimetrdən az olan qurdlar kriptobioz adlanan bir növ yuxu ilə minlərlə il keçiriblər.
Bu soxulcan növü ilk dəfə qeydə alınıb. Qurdlar üçün xüsusi qab hazırlanıb vı orada bir neçə həftə keçiriblər. Sonra onları yedizdirib canlandırdılar.
Qurdların çoxalması da təmin edilib. Lakin qurdlar yumurta qoyduqdan bir neçə ay sonra ölüblər.
Ay Tac















