Kiyev Şurasının 3 deputatı hərbi xidmətdən yayınmaqda şübhəli bilinir.
Bakıvaxtı.az bu barədə UNUİAN-a istinadla xəbər verir.
Məlumata görə, Kiyev Şurasının 3 deputatıUkrayna Cinayət Məcəlləsinin 409-cu maddəsinin 4-cü hissəsi ilə ittiham olunur.
Baş Prokurorluqdan bildirilib ki, istintaqın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin (qoşun qüvvələri) hərbi hissələrindən birinin dörd hərbçisi - onlardan üçü deputat, digəri isə Kiyev Şəhər Şurasının deputatının köməkçisi - il ərzində hərbi xidmətə gəlməyib.
Onlar Kiyev hərbi dövlət administrasiyasına ezamiyyət veriblər. Eyni zamanda, onlar xidmət etdikləri iddia edilən bölmədən pul müavinəti alıblar.
Verilən məlumata görə, həmin deputatlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
Murad Məmmədli
















