• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

İrəvanda aksiyalar başlayır: Moskva Nikolla bağlı “düyməyə” basıb?

SİYASƏT

19 Fevral 2024 | 15:39 | Müəllif: Qalib İbrahimoğlu

İrəvanda aksiyalar başlayır: Moskva Nikolla bağlı “düyməyə” basıb?

Ermənistan yenidən İrəvan hökumətinə qarşı aksiyalar astanasındadır.

Bakıvaxtı.az-ın məlumatıma görə, ölkə müxalifəti növbəti dəfə baş nazir Nikol Paşinyan əleyhinə mitinqlərə start verib. Əsas tələb isə dəyişməyib: "Paşinyan komandası hakimiyyətdən qeyd-şərtsiz getməlidir".

Ermənistanın “Birgə” hərəkatının üzvü, ölkənin keçmiş baş naziri Hrant Baqratyan deyib ki, əgər Nikol Paşinyan öz istəyi ilə gedərsə, onun və ailə üzvlərinin təhlükəsizliyinə zəmanət veriləcək. O qeyd edib ki, fevralın 20-nə təyin olunan mitinq hər kəsə açıqdır: “Biz mitinqi elan etməyin tərəfdarı olmamışıq. Çox adam dedi ki, mitinqə gələcəyik, siyasi qüvvələrdən iştirak edəcəyik, tribunadan danışacağıq. Bu baxımdan heç bir problem yoxdur. Çoxları artıq qoşulub. Bir çox siyasi qüvvələrlə, o cümlədən “Qarabağ parlamenti”ndə (ləğv edilmiş qondarma qurum - red) “təmsil olunan üç qüvvə” ilə ciddi iş aparılıb”.

Ermənistanda müxalifətin növbəti mitinq dalğasını Bakivaxti.az-a dəyərləndirən siyasi şərhçi Cavanşir Abbaslı “Qarabağ klanı”nın da fürsət gözlədiyini deyib.

Onun fikrincə, "Qarabağ klanı" hakimiyyətə qayıtmaq üçün həm də rus süngülərinə ümid edir:

"Təsadüfi deyil ki, bu günlərdə Rusiyanın hakim “Vahid Rusiya” partiyasının Moskvada təşkil etdiyi “Müstəmləkəçiliyə qarşı: millətlərin azadlığı uğrunda” adlı təsis qurultayına Ermənistandan hakim “Mülki Müqavilə” partiyası dəvət edilməyib. Onun əvəzinə Xocalı canisi Serj Sərkisyanın sədri olduğu radikal müxalifətçi Ermənistan Respublika Partiyası dəvət alıb. Ermənistan nümayəndə heyəti tamamilə rusiyayönlü şəxslərdən - Eduard Şarmazanov, Hayk Mamicanyan və Anna Mkrtçyandan ibarət olub. Qəribədir, deyilmi? Yəni Moskva bununla açıq şəkildə göstərir ki, Ermənistanda hələ də rusiyayönlü qüvvələrə arxalanır. Təbii ki, bu, ən əvvəl Paşinyana mesajdır".

Cavanşir Abbaslı: Moskva açıq şəkildə göstərir ki, Ermənistanda hələ də rusiyayönlü qüvvələrə arxalanır

Analitik vurğulayıb ki, artıq Sərkisyan da “xortlamağa” başlayıb, ölkə daxilində özünü fəal şəkildə təbliğ edir:

"Məsələn, bir neçə gün öncə jurnalistlərlə söhbətində deyib ki, “biz ölkə daxilində güllədən istifadə etmirik”. Bunu Sarkisyan jurnalistin “hakim komandanı iqtidardan uzaqlaşdırmaq üçün son gülləmi qaldı” sualına cavabında bildirib. Əlavə edib ki, “Gülləyə gəlincə, biz heç vaxt belə şey deməmişik. Bəli, son bir cəhd qalıb, bu qədər. Mən belə düşünürəm". Axırıncı cəhd, sonuncu patron... Radikal-revanşist müxalifətin iqtidar əleyhinə bu dəfə Konstitusiya dəyişikliyi bəhanəsi və Rusiyanın açıq dəstəyi də daxil olmaqla, öz ətrafına daha çox etirazçı toplamaq şansı necədir? Ermənistan qarışa bilərmi? Moskva həqiqətənmi Nikolla bağlı “düyməyə” basıb?".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026