• Bakı 25° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

İŞİD liderinin həyat yoldaşına ölüm hökmü verilib

DÜNYA

10 Iyul 2024 | 16:53

İŞİD liderinin həyat yoldaşına ölüm hökmü verilib

İraq məhkəməsi İŞİD lideri Bağdadinin həyat yoldaşı üçün ölüm hökmü çıxarıb.

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bu barədə Bağdaddakı Karh Cəza Məhkəməsinin Mətbuat İdarəsi açıqlama yayıb.

Bildirilib ki, İraqda məhkəmə 5 il əvvəl ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin Suriyanın şimalında İdlibdə keçirdiyi əməliyyatda öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı üçün ölüm hökmü çıxarıb. 

Məhkəmə Bağdadinin həyat yoldaşı Esma Məhəmmədi İŞİD ilə əməkdaşlıq etməkdə və evində yaşayan yezidi qadınları Sincarda olan İŞİD yaraqlıları tərəfindən qaçırılmasına kömək etməkdə ittiham olunub. 

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2019-cu il oktyabrın 27-də İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin Suriyanın şimalında İdlibdə keçirdiyi əməliyyatda öldürüldüyünü açıqlayıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Oktyabr 2024