"Donald Tramp sentyabrın 10-da mənimlə debat etməyi öhdəsinə götürüb".
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti və 2024-cü il prezident seçkilərinə namizəd Kamala Harris deyib.
O, Donald Trampla canlı yayımda debatı səbirsizliklə gözlədiyini açıqlayıb:
"Trampla qarşılaşmağa hazıram".
Qeyd edək ki, sentyabrın 4-də "Fox News", sentyabrın 10-da "ABC News" və sentyabrın 25-də "NBC News"da ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ilə ABŞ-nin vitse-prezidenti və 2024-cü il prezident seçkiləri üçün Demokratik namizəd Kamala Harris arasında canlı yayım debat baş tutacaq.
Gülşən Şərif