• Bakı 13° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Böyük Britaniyadan Belarusa sanksiyalar

DÜNYA

09 Avqust 2024 | 16:42

Böyük Britaniyadan Belarusa sanksiyalar

Böyük Britaniya Belarusun hərbi-sənaye kompleksinə və ölkənin bəzi cəzaçəkmə koloniyalarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, sanksiyalara Elektron Kompüterlər Elmi-Tədqiqat İnstitutu, StankoGomel və Ruxservomotor müəssisələri daxildir.

London həmçinin islah koloniyalarının rəhbərləri Denis Tolstenkov, Filip Şturçanoka, Andrey Palçik və Aleksey Lazarenkoya qarşı ölkəyə girişə qadağa və aktivlər aşkar edilərsə, onların dondurulmasını nəzərdə tutan sanksiya məhdudiyyətləri tətbiq edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

28 Mart 2026