• Bakı 16° C

    2.11 m/s

İslam Abbasov Fransada erməni güləşçini məğlub etdi - VİDEO

İDMAN

21 Dekabr 2021 | 20:07

İslam Abbasov Fransada erməni güləşçini məğlub etdi - VİDEO

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb.

Millimizin üzvü 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.

Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026