“Sabah” bu qış ilk transferini həyata keçirib.
Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi belaruslu qapıçı Aleksandr Neçayevi heyətinə qatıb. 27 yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksandr Neçayev karyerası ərzində Belarusun “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux” (2017-2022) komandalarında çıxış edib.
















