• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Azərbaycan cüdoçusu qızıl medal qazandı

İDMAN

18 Fevral 2022 | 20:15

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 

Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib. 

Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub. 

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR