• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

UEFA-nın yeni reytinqi açıqlandı

İDMAN

18 Fevral 2022 | 12:16 | Müəllif: Subhan Mahmudov

UEFA-nın yeni reytinqi açıqlandı

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, cədvəldə müəyyən dəyişiklik olub.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə “Marsel”ə uduzduğundan (1:3) ölkəmizin aktivinə xal əlavə olunmayıb. Azərbaycan siyahıda əvvəlki kimi 26-cı pillədə qərarlaşıb. Hesabımızda 17,000 xal var.

Şotlandiya (34,500) 9-cu, Danimarka (26,975) 15-ci, Çexiya (26,800) isə 17-ci pilləyə irəliləyib.

Rusiya (34,282) 10-cu, Türkiyə (26,900) 16-cı, Yunanıstan (26,700) və Xorvatiya (26,650) müvafiq olaraq 18-19-cu sıraya düşüblər.

Qeyd edək ki, siyahıya 100,641 xalla İngiltərə başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026