• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İslandiya paytaxtının yaxınlığında vulkan püskürüb

DÜNYA

19 Dekabr 2023 | 11:36

İslandiya paytaxtının yaxınlığında vulkan püskürüb

Dekabrın 18-də gecə saatlarında İslandiyanın cənub-qərbində yerləşən Reykyanes yarımadasında vulkan püskürməsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, paytaxt Reykyavik yaxınlığındakı vulkan zəif zəlzələlərdən sonra yerli vaxtla saat 22:17-də püskürməyə başlayıb. Vulkanın dəqiq miqyasının müəyyən edilməsi üçün hadisə yerinə helikopter göndərilib.

Mütəxəssislər noyabr ayında İslandiyada seysmik aktivliyin artdığını müşahidə ediblər. Bu səbəbdən ölkədə vulkan püskürməsi ehtimalı səviyyəsi artıb. Noyabrın 11-də hakimiyyət orqanları paytaxtdan 40 kilometr cənubda yerləşən Qrindavik şəhərinin 4 min sakinini təxliyə edib.

Qeyd edək ki, hazırda İslandiyada 33 aktiv vulkan var ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026