Çin Pakistan və İran arasında gərginliyin azaldılmasında konstruktiv rol oynamaq istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin Kəraçidəki baş konsulu Yanq Yundonq deyib.
“Geo News” televiziyasına danışan Yanq Pakistan və İranın regionun və İslam dünyasının iki böyük ölkəsi olduğunu qeyd edərək, Pekin rəhbərliyinin İslamabad və Tehran arasındakı fikir ayrılıqlarının danışıqlar və digər sülh yolu ilə həll olunacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Pakistan İran ərazisinə aviazərbələr endirib. Aviazərbə nəticəsində 3-ü qadın, 4-ü uşaq olmaqla 7 nəfərin həlak olduğu deyilir.
Günəş Mərd
















