Rusiya Ukraynadakı hərbi əməliyyatlarına birbaşa 211 milyard dollar vəsait xərcləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.
Həmçinin bildirilib ki, iqtisadi artımın itirilməsi baxımından Ukraynadakı döyüşlər Rusiyaya 1,3 trilyon dollara başa gəlib.
Pentaqonun hansı mənbələrə istinad etdiyi açıqlanmayıb.
















