• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada prezident seçkilərində seçici fəallığı açıqlanıb

DÜNYA

17 Mart 2024 | 21:56 | Müəllif: Subhan Mahmudov

Rusiyada prezident seçkilərində seçici fəallığı açıqlanıb

Martın 17-də axşam saatlarına olan məlumata əsasən, Rusiyada prezident seçkilərində seçki məntəqələrində seçici fəallığı 73 %-i ötüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Seçki prosesinin gedişi ilə bağlı məlumatlara əsasən, Moskva vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) ölkə üzrə şəxsən iştirak 73,3 % təşkil edib.

Eyni zamanda, Mərkəzi Seçki Komissiyası açıqlanan nəticələrdə məsafədən elektron səsvermədə iştirakın nəzərə alınmamasına aydınlıq gətirib.

MSK-nın məlumatına görə, Rusiyanın Kalininqrad vilayəti istisna olmaqla, bütün regionlarındakı seçki məntəqələri hazırda işini başa çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026