• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda etirazçılarla polis arasında TOQQUŞMA - VİDEO

DÜNYA

16 Aprel 2024 | 20:15 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda etirazçılarla polis arasında TOQQUŞMA - VİDEO

Tbilisidə etirazçılarla Gürcüstan parlamentinin xidməti girişində polis əməkdaşları arasında dava düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

Etirazçılar (əsasən “Yeni” partiyanın nümayəndələridir) deputatların və parlament əməkdaşlarının iş yerlərini tərk etmələrinin qarşısını almaq üçün xidməti girişdə mövqe tutmaq qərarına gəliblər.

Polis onlardan darvazanın yanından uzaqlaşmalarını istəyib, bundan sonra atışma başlayıb. Həbslər barədə məlumat verilmir.

Xatırladaq ki, aprelin 15-də Tbilisidə “xarici agentlər” haqqında qanuna etiraz aksiyası başlayıb və gecə saatlarına qədər davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026