• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

ABŞ və Çin müdafiə nazirləri telefonla danışdı

DÜNYA

16 Aprel 2024 | 18:31 | Müəllif: Subhan Mahmudov

ABŞ və Çin müdafiə nazirləri telefonla danışdı

ABŞ və Çin müdafiə nazirləri arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında telefon söhbəti bir saatdan artıq davam edib.

"DefenseNews" isə Pentaqonun yaydığı məlumata istinad edərək tərəflərin Ukraynadakı müharibəni, Şimali Koreya, Cənubi Çin dənizində vəziyyəti və ABŞ-ın Tayvana qarşı siyasəti müzakirə etdiyini yazıb.

Qeyd edək ki, bu, ABŞ müdafiə naziri Lloyd Ostinin Çin müdafiə naziri Donq Yun ilə ilk telefon danışığı olmaqla yanaşı 2022-ci ilin noyarbırndan bəri ABŞ müdafiə nazirinin çinli həmkarı ilə ilk telefon danışığıdır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026