• Bakı 24° C

    5.03 m/s

Türkiyədən çay ixracı 85 faiz artıb

DÜNYA

17 Mart 2024 | 21:10 | Müəllif: Subhan Mahmudov

Türkiyədən çay ixracı 85 faiz artıb

Cari ilin yanvar-fevral dövründə Türkiyədən çay ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 85 faiz artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Şərqi Qara Dəniz İxracatçıları Birliyinin İdarə Heyətinin sədr müavini və Çay Sektoru Komitəsinin sədri Şaban Turqut bildirib.

Turqut bu ilin yanvar-fevral aylarında xaricə 1347 ton çay satıldığını və 6 milyon 63 min 44 dollar gəlir əldə edildiyini bildirib.

"Türkiyədən 85 ölkəyə çay satılır. Ötən ilin eyni dövründə 661 ton çay ixracından 3 milyon 274 min 872 dollar mənfəət əldə edilib. Belə ki, ölkədən çay ixracı eyni il ilə müqayisədə kəmiyyətcə 104 faiz, dəyər baxımından isə 85 faiz artıb", deyə o bildirib./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026