• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Moldova təkzib etdi: Dnestryanıya hücum olmayıb!

DÜNYA

17 Mart 2024 | 21:47 | Müəllif: Subhan Mahmudov

Moldova təkzib etdi: Dnestryanıya hücum olmayıb!

Moldova hökuməti Dnestryanıda hərbi bazaya Ukrayna ərazisindən PUA hücumu ilə bağlı məlumatı təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova Nazirlər Kabinetinin Reinteqrasiya Bürosunun mətbuat xidməti məlumat yayıb.

"Ukrayna ilə təmasda olan Kişinyov hakimiyyəti Dnestryanı bölgəyə hücum faktını təsdiqləmir. Videomaterialları araşdırıb məlumat mübadiləsi apararaq bildiririk ki, bu hadisə rayonda qorxu və panika yaratmaq cəhdidir. Kadrlarda əks olunan hərbi texnika bir neçə ildir ki, istismardan çıxıb",- məlumatda deyilir.

Qeyd edək ki, Rusiya mediası Dnestryanıda hərbi bazaya PUA hücumunun həyata keçirilməsi barədə məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026